Bakı şəhər icra Hakimiyyəti başçısının müavini, BşiH Başçısı səlahiyyətlərinin icraçısı Eldar əzizov Qaradağ rayonu Sahil qəsəbəsində olub. Bu Eldar əzizovun qəsəbəyə son bir həftə ərzində iki səfəridir.
Bakı şiH rəsmisi Sahil qəsəbəsində ötən il salınan “Abad həyət” məhəlləsi və bu ərazidə inşa edilən 500 nəfərlik “Mərasim evi”nin tikintisinin gedişiylə maraqlanıb. “Mərasim evi”nin rayonun daxili imkanları hesabına inşa edildiyi deyilir.
Tanışlıq zamanı sakinlərlə görüş keçirən Eldar əzizov onların qaldırdığı məsələləri yerində dinləməklə müvafiq qurumlara öz tapşırıq və tövsiyələrini verib.
Bundan sonra BşiH rəsmisi həmin ərazidə yerləşən Məscidə baş çəkib və yerli icma nümayəndələriylə görüşüb.
Rayon rəsmiləriylə görüşdə isə əsas tələbi sakinləri dinləməklə, onların qaldırdığı hər bir məsələyə diqqətlə yanaşmağı tələb edib.
Bakı şiH rəsmi ilə yanaşı görüşlərdə PA-nın sektor müdiri Tağı Tağıyev, Qaradağ RiH Başçısı Süleyman Mikayılov və rayonun təsərrüfat, idarə-müsəsisə, yerli özünüidarəetmə orqanlarının rəhbərləri də olub.
Belediyye.info daxil olan bu məlumatı Qaradağ RiH –in Sahil qəsəbəsi üzrə icra nümayənləyində də təsdiq ediblər.
əlavə edək ki, Azərbaycan Prezidenti ilham əliyevin tapşırıq və tövsiyələri əsasında paytaxtın digər rayonlarında olduğu kimi, Qaradağ rayonunda da abadlıq və quruculuq işləri davam etdirilir.
Belediyye.info